SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Anım günü
11.12.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı tədbir keçirilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Uşaq şöbəsinin kitabxanaçısı L.Muradova oxuculara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında uşaqlara geniş məlumat verərək bildirdi ki, o,1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı həm o zaman ölkədə yaranmış siyasi hərc - mərclikdən, dağınıqlıqdan, vətəndaş müharibəsindən xilas etdi, həm də iqtisadi böhrandan çıxararaq qısa müddətdə sürətli inkişafa nail oldu. Bir çox xarici şirkətləri Azərbaycana investisiya qoymağa sövq etdi, regionda ölkəmizi aparıcı, lider dövlətə çevirərək özü də regionun lideri oldu.1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da neft strategiyasının, ölkə iqtisadiyyatının inkişafında çox mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.