SumgaitLibrary

+994 186520087


Anım günü

11.12.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 18 nömrəli tam orta məktəbin 5 və 6-cı sinif şagirdlərinin iştirakı ilə ümummilli lider H.Əliyevin anım günü münasibətilə “Xatirəsi əbədi yaşayacaq, Azərbaycan yaşadıqca” adlı tədbir keçirildi. Tədbirə ulu öndərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanıldı.Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Qənimə Baqişova bildirdi ki, dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Bu gün ulu öndər Heydər Əliyevin vəfatından 14 il ötür. Bu günlərdə Azərbaycanda, istərsə də Azərbaycandan kənarda da ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü mərasimləri keçirilir. Sonra 18 nömrəli tam orta məktəbin kitabxana müdiri Rəfiqə Cavadova söz alaraq, ulu öndərin ibrətamiz həyatı və çoxsahəli fəaliyyəti haqqında çıxış edərək bildirdi ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Daha sonra çıxış edən Mərkəzi uşaq kitabxanasının müdiri Nailə Tağıyeva ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yorulmadan fəaliyyət göstərən, müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını Azərbaycan xalqının qəlbinə və tarixinin çoxcildli salnamələrinin ən şərəfli səhifəsinə əməlləri ilə yazdıran böyük lider olduğunu bildirdi. O qeyd etdi ki, ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli – mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurdu. Sonra tədbir iştirakçıları məktəblilərin ifasında ilə ulu öndərin xatirəsinə həsr edilmiş şeirləri dinlədilər, onun həyat və fəaliyyətindən bəhs edən videofilmi izlədilər. Sonda Qənimə Baqişova iştirakçıları ümummilli liderin həyatı və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən “Tarixi yaradan insan” adlı geniş kitab sərgisi ilə tanış etdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid