SumgaitLibrary

+994 186520087


Səyyar sərgi

08.12.17-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubun uşaq şöbəsinin fonduna daxil olmuş yeni kitabları təbliğ etmək, uşaqlarda oxu vərdişini artırmaq məqsədi ilə “Verbal” tədris mərkəzində yeni kitablar əsasında “Səyyar sərgi” təşkil olunmuşdur. Sərgidə yeni alınan kitablar, nağıllar, şeirlər öz əksini tapmışdir. Burada 52 nüsxə kitab nümayiş olunmuşdur. Azərbaycan dili ilə yanaşı rus və ingilis dilində olan kitablar da sərgidə öz əksini tapmışdır. Sərgidə olan kitablar haqqında multimedia mütəxəssisləri geniş məlumat verdilər. Sərgi “Verbal” tədris mərkəzinin şagirdləri, müəllimləri, valideynləri tərəfindən maraqla qarşılandı.