SumgaitLibrary

+994 186520087


Müzakirə

03.12.2017-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda şair, yazıçı və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda Hüseyn Cavid ədəbi irsinin (əsərlərinin) müzakirəsi keçirildi. Tədbirdə 15 və 25 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbiri Kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açıq elan edərək bildirdi ki, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. Şərəf xanım Hüseyn Cavidin həyat və yaradıcılığından ətraflı məlumat verərək vurğuladı ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daha sonra Hüseyn Cavidin əsərləri hər iki məktəbin şagirdlərinin müzakirəsinə verildi.