SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Narkomaniya ilə mübarizə
02.12.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında “İstək” liseyinin altıncı sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 2966 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən “Gələcəyimizin xilası naminə sağlam həyat tərzi keçirək” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova əvvəlcə narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirdən, onun törətdiyi ağır fəsadlardan danışdı. O bildirdi ki, bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai hə- yatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Yeniyetmələrin mənəvi-əxlaq tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması istiqamətində kitabxananın gördüyü işlər haqqında da danışan S.Qasımova narkomaniya ilə bərabər məktəblilərə alkoqolizm və papirosun da insan orqanizminə vurduğu ziyanlardan bəhs etdi. Sonra məktəblilər dəyirmi masa ətrafında öz fikir və mülahizələrini bölüşdülər. Səbinə Qasımova “Uyuşdurucu – süni cənnətin cəhənnəm odu” adlı stend və “Narkomaniyaya yox deyək” adlı kitab sərgisi ilə oxucuları tanış etdi. Narkomaniya və alkoqolizmin pis vərdişlərini özündə əks etdirən İsmayıl Qarayevin “Məni tanıdınmi?” əsərinin oxunmasını oxuculara tövsiyə etdi.Tədbir narkomaniyaya düçar olmuş insanların acınacaqlı aqibətlərini əks etdirən sənədli filmlərin nümayişi ilə bitdi. Sonda liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal Əsədov tədbirin təşkili və uşaqlar arasında aparılan maarifləndirici tədbirə görə kitabxana heyətinə öz təşəkkürünü bildirdi.