SumgaitLibrary

+994 186520087


"Vətən ağrısı, torpaq yanğısı"

29.11.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxana və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt təşkilatının birgə təşkilatcılığı ilə hərbi vətənpərvərlik tərbiyəsinə həsr edilmiş “Vətən ağrısı, torpaq yanğısı” adlı tədbir kecirildi. Mərkəzi kitabxanada kecirilən tədbirdə kitabxananın oxucuları, GƏC-nin Sumqayıt təşkilatının üzvləri, 5 saylı məktəbin şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva acaraq vurğuladı ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, onlarda yüksək vətənpərvərlik şüurunun, öz vətəninə sədaqət hissinin formalaşması həmişə kitabxanaların diqqət mərkəzində olmuşdur. Tədbirdə GƏC-nin Sumqayıt təşkilatının sədri Tamam Məsimova, təşkilatın idarə heyətinin üzvü İlham Səməd, mayor Vüsal Nəzərov, şair Əliyar Günəşoğlu iştirak edirdilər. İlham Səməd və Vüsal Nəzərov iştirakcılara Vətənimizin zəngin tarixindən bəhs etmiş, onlara Vətənə məhəbbət və sədaqət ruhunda böyümələri, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrini tövsiyə etmişlər. Sonra Şəhər Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında hərbi vətənpərvərliyə həsr edilmiş kompozisiya dinlənildi. Eyni zamanda şair Əliyar Günəşoğlu öz şeirlərini iştirakçılara ərməğan etdi. “Kamerton” teatrını bədii rəhbəri İlkin Həsənovun hazırladığı hərbi vətənpərvərliyə həsr edilmiş səhnə iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonda qeyd edildi ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdıraq, inkişaf etdirmək və təbliğ etməkdir.