SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

28.11.2017-ci il tarixində Gənclər kitabxanasında 39 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə Müharibə və müharibə konfliktləri zamanı ətraf mühitin istismar edilməsinin xəbərdar olunmasının beynəlxaq günü ilə əlaqədar “Ekoloji vandalizm” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Sona Eminova açaraq Azərbaycanın işğal olunmuş 20 faiz (1,7 milyon hektar) ərazisində 1988-1993-cü illər ərzində düşmənin həyata keçirdiyi vandalizm siyasəti nəticəsində təbiətə, bioloji müxtəlifliyə, bütövlükdə, regionun ekoloji durumuna vurulmuş ciddi ziyanla yanaşı, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlardan söhbət açmış, dünya ictimaiyyətinin, bütün beynəlxalq təşkilatların, o cümlədən BMT, AŞ, ATƏT kimi nüfuzlu qurumların bundan xəbərdar olmasını diqqətə çatdıran kitabxana müdiri meşələrin, bağların, nadir ağac növlərinin kütləvi şəkildə qırılmasından, yeraltı sərvətlərin vəhşicəsinə talan edilməsindən, işğal altındakı ərazilərdə radioaktiv kimyəvi maddələrin basdırılmasından, mədəniyyət abidələrinin dağıdılmasından danışmışdır. 39 saylı tam orta məktəbin dil-ədəbiyyat müəlliməsi Zeynalova Elnarə və digər çıxışçılar Erməni işğalının Azərbaycanın flora və faunasına vurduğu ziyan”, “Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji müharibə”, “İşğal olunmuş Azərbaycan ərazilərinin ermənilər tərəfindən yandırılması nəticəsində ətraf mühitə vurulmuş ziyan” və digər məruzələr dinlənilmiş, vurğulanmışdır ki, işğal olunmuş ərazilərdə törədilmiş yanğınlar nəticəsində 63 min 414 hektar ərazi yandırılmış və həmin torpaqlardan istifadə imkanları heçə endirilmiş, dəymiş ziyanın ümumi məbləği 159 milyon 468 min 247 manat və ya 181 milyon ABŞ dolları həcmində qiymətləndirilmişdir. Dəyirmi masada Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji müharibəni əks etdirən videogörüntülər nümayiş etdirilmişdir.