SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

27.11.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxana və Sumqayıt Tarix Muzeyinin təşkilatçılığı ilə narkomaniya ilə mübarizəyə dair dəyirmi masa keçirildi. Tədbir Sumqayıt Tarix Muzeyində keçirildi. Tədbirdə MKS-in direktoru Y.Əhmədova, Muzeyin direktoru cıxış edərək qeyd etdilər ki, XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq sənədlər qəbul edilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya, sazişlərə qoşulmuşdur. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Sonda kitabxana filial müdirləri kitabxanalar tərəfindən həyata keşirilən tədbirlərdən danışdılar. Tədbir keçirilən zalda “Narkomaniya adlı kabus” başlığı altında sərgi təşkil edilmişdir.