SumgaitLibrary

+994 186520087


Hüseyn Abbaszadə - 95

26.11.2017-il tarixində Mərkəzi kitabxananın uşaq şöbəsində 1 yazıçı – 1 kitabxana layihəsi üzrə Hüseyn Abbaszadənin 95 illiyi ilə əlaqədar “Uzaqdan gələn qonaq” əsərinin müzakirəsi keçirilmişdir. Tədbir 15 saylı məktəbin 5-ci və 25 saylı məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə keçirildi.Uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova Hüseyn Abbaszadənin həyat və yaradıcılığından bəhs edərək bildirdi ki, görkəmli yazıçı ədəbiyyat, nəsr cəbhəsinə bir seçmə döyüşçü kimi gəldi, nəhayətdə bir-birindən maraqlı əsərləri ilə bu cəbhənin generalı mövqeyinə ucaldı. Onun əsərlərindəki qəhrəmanlar müasir düşüncə tərzi, sadə və aydın dili, qayğı və düşüncələri ilə ən geniş oxucu kütləsinin rəğbətini qazana bilir. O, öz əsərlərində ali həqiqətlərdən realist bədii dildə və üslubda danışır.Sonra Qafarova Rəşidə yazıçının “Uzaqdan gələn qonaq” povesti haqqında qısa məlumat verərək, povest haqqında uşaqlara suallar verdi. Oxucular verilən suallar ətrafında geniş fikir mübadiləsinə qoşuldular. Hacıyeva Aysel, Rəsulzadə Cəfər, Abbasova Sultanə, Bağırlı Nuranə, Əliyeva Sahilə, Məmmədova Arzu, Məmmədov Əlizamin, Mövsümova Vəfa, Məmmədova Raisə, Talıbova Gülüstan müzakirədə xüsusi fəallıq göstərdilər. Tədbir “Dünyadan gör necə insanlar gedib” adlı sərgiyə baxışla yekunlaşdı.