SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

26.11.2017- ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olmuş Tovuzun ilk şəhid xanımı Rəhilə Qarayevaya həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə Kitabxana Klubun müdiri Zərnigar Babayeva açdi. Tədbirin aparıcısı kitabxanaçı Qurbanova Şeyda şəhid Rəhilə Qarayeva haqqında tədbir iştirakçılarına geniş məlumat verdi və şəhidin şərəfli həyat yolundan bəhs edən videoçarx nümayiş etdirildi. Sonra Nizami Gəncəvi adına Kitabxana Klubun nəzdində fəaliyyət göstərən ,,Biçmə-tikmə”dərnəyinin rəhbəri Mirvari Məmmədova, Qubadlı rayon İcra Hakimiyyəti aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Elşən Qəhrəmanov, Azərbaycan Respublikası müharibə əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin Sumqayıt şöbəsinin üzvü II qrup Qarabağ əlili Sahib Şamilov, 33 saylı məktəbin müəllimi şair, şəhid atası Zakir Zahid, MKS-nin direktoru Yeganə Əhmədova çıxış etmişlər.Tədbirdə Fikrət Əmirov adına musiqi məktəbinin muğam üçlüyünün ifasında musiqi səslənmişdir.Tədbirdə 28,33 saylı orta məktəbin şagirdləri və kitabxana klubun fəal oxucuları vətənə, şəhidlərə aid şeirlər söylədilər.Təbirin sonunda şəhidin ailə üzvləri öz xatirələrini danışaraq Kitabxana klubun kollektivinə öz minnətdarlıqlarını bildirmişlər.