SumgaitLibrary

+994 186520087


Görüş

25.11.2017-ci il tarixində Azərbaycan Jurnalistlər Birliyinin Sumqayit təşkilatı və Səməd Vurğun adına Mərkəzi kitabxananın təşkilatcılığı ilə ustad jurnalistlərlə görüş kecirildi. Tədbirdə şəhərimizin ziyalıları, kitabxananın oxucuları iştirak etdi. S.Vurğun adına Mərkəzi kitabxanada kecirilən ğörüşü giriş sözü ilə kitabxananın direktoru Yeganə Əhmədova açaraq qonaqları salamladı. AJB-nin Sumqayıt təşkilatının sədri Rafiq Oday tədbirin mahiyyəti haqqında iştirakçıları məlumatlandırdı. Sonra Respublikanın əməkdar jurnalistləri Qüdrət Muğanlı, Eyruz Məmmədov, şair Rafiq Yusifoğlu şəhərimizdə mətbuatın tarixi və bu günü haqqında öz fikirlərini, mülahizələrini söylədilər. Daha sonra şəhərimizin ziyalılarından Firdovsi Cəfərxan, Əlhəddin Paşayev, İldırım Dəmirli, Xaqani Abbasəli Öztürk, Kamal Aımuradlı, Asif Asiman və başqaları cıxış edərək ustad jurnalistlərlə fikir mübadiləsi apardılar. Eyni zamanda ustad jurnalistlər tədbir boyu oxucuların onlara ünvanladıqları sualları cavablandırdılar. Tədbirdə Respublikanın əməkdar jurnalistləri Qüdrət Muğanlı və Eyruz Məmmədov AJB-nin Sumqayıt təşkilatının fəxri diplomu ilə təltif edildilər. Sonda Yeganə xanım bütün iştirakcılara öz minnətdarlığını bildirdi.