SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Diskussiya
25.11.2017-ci il tarixində Mərkəzi kitabxananın incəsənət şöbəsində 25 noyabr Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə İncəsənət şöbəsində “Qadın zorakılığına yox!” adlı diskussiya keçirildi. Tədbiri Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Mahmudov açaraq qadın zorakılığından, onun səbəblərindən, zorakılığın növlərindən söhbət açdı. Diskkusiya şəklində keçirilən tədbirdə iştirakçılar mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər və hakimə müxtəlif suallar verdilər.Tədbirdə həmçinin yazıçı, tarixçi müəllim Tahirə Zeynalova, Ehtiyat Fondun Təşkili və İstifadəsi şöbəsinin müdiri Nafilə Nəsirova, Dövrü Mətbuat şöbəsinin müdiri Sədaqət Həsənova iştirak etdilər. Sonda tədbir iştirakçıları “Qadına qarşı zorakılığa son!” adlı sərgi ilə tanış oldular.