SumgaitLibrary

+994 186520087


Görüş

20.11.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində Uşaq hüquqları aylığı ilə əlaqədar “Hüququnu öyrən - haqqını bil” adlı görüş keçirilmişdir. Tədbirdə uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova iştirakçıları salamlayaraq “Qanunun aliliyi” Hüquq Resurs Mərkəzinin əməkdaşı hüquqşünas Ruslan Mustafazadəni onlara təqdim etdi. R.Mustafazadə uşaqların cəmiyyətdə müdafiə olunması, sağlamlıqlarının qorunması, müstəqil həyata hazırlanması, yüksək keyfiyyətlər – ləyaqət, azadlıq, vətənpərvərlik, həmrəylik, bərabərlik və s. ruhunda tərbiyə olunması, onların yaşaması və inkişafı üçün zəruri olan şəxsi toxunulmazlıq, iqtisadi, mədəni, sosial hüquqlara malik olması istiqamətində dövlətin və valideynlərin qarşısında duran əsas vəzifələrdən söhbət açdı. Eyni zamanda uşaqların cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı əməyə hazırlamaq, valideynlərinə, xalqına, onun adət-ənənələrinə hörmətlə yanaşmaq, ətraf mühiti, tarix və mədəniyyət abidələrini qorumaq və s. kimi əsas vəzifələrindən bəhs etdi.Sonra uşaqların müxtəlif suallarını cavablandırdı. Görüşdə “Hüquqlarımızı bilirikmi” başlığı altında sərgi nümayiş edildi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid