SumgaitLibrary

+994 186520087


Informasiya saatı

18.11.2017-ci il tarixində Gənclər kitabxanasında dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyi ilə əlaqədar “Ürəkləri fəth edən səs” adlı informasiya saatı keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə diqqətə çatdırdı ki, “Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında ”Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq bu il ölkəmizdə silsilə tədbirlər keçirilir. Dünya şöhrətli müğənni və bəstəkarın yaradıcılığı həm sovet dövründə, həm də müstəqil Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin hər zaman diqqətində olub. Onun yaradıcılığı Azərbaycanın ən ali dövlət mükafatlarına, o cümlədən “İstiqlal”, “Şərəf” ordenlərinə layiq görülüb xatirə lövhəsi vurulub, Moskvada və Bakıda Fəxri xiyabanda abidəsi ucaldılıb. Vurğulanıb ki, fitri istedadlı böyük sənətkar opera vokal ifaçılığının ecazkar nümunələrini meydana gətirmiş, milyonlarla insanın rəğbətlə qarşıladığı mahnılar bəstələmiş, həmçinin kino sahəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid