SumgaitLibrary

+994 186520087


Sual-cavab gecəsi

14.11.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi 5 nömrəli məktəbdə Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü ilə əlaqədar “Hüquqlarımı birlikdə öyrənək” adlı sual-cavab gecəsi keçirmişdir. Uşaq şöbəsinin kitabxanaçısı L.Muradova əvvəlcə şagirdlərə “Uşaq hüquqları Konvensiyası” və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunun” dan bəhs edərək bildirdi ki, uşaqların cəmiyyətdə müdafiə olunması,müstəqil həyata hazır- lanması, yüksək keyfiyyətlər ruhunda tərbiyə alması kimi məsələlər müddəaların əsasını təşkil edir. Sonra şagirdlərə aşağıdakı sualları ünvanladı: 1. “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” hansı tarixdə, kim tərəfindən imzalanmışdır? 2. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili kimdir? 3.”Uşaq hüquqları Konvensiyası” hansı tarixdə qəbul edilmişdir? 4.”Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” nda uşaqların hansı hüquq və azadlıqları nəzərdə tutulmuşdur? 5.”Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” na əsasən uşaqların öz öhdəsinə düşən vəzifələr hansılardır? Şagirdlər sualların cavablandırılmasında fəallıq göstərdilər.Tədbirdə “Hüquqlarımızı bilirikmi?” başlığı altında sərgi nümayiş edildi.