SumgaitLibrary

+994 186520087


Poeziya saatı

10.11.2017-ci il tarixində M.Ə.Sabir adına kitabxana filial 39 nömrəli məktəbin 4A sinifində şair Mirmehdi Seyidzadənin 110 illiyı ilə əlaqədar “A dostlar, bir ömür mənə az gəlir” adlı poeziya saatı keçirmişdir. Kitabxananın müdiri Pirimova H. Şair tərcüməçı Mirmehdi Seydzadənın həyat və yaradıcılığı haqqında məlumat verdi. Oxucu Səmədova Türkan “Bahar nəğməsi”, Orucova Mədinə “Maral əfsanəsı”, Babazadə Nuray “Tülkü və cücə”, Əliyeva Nəzrin “Yoldaşlıq köməyi “ şeirlərini söylədilər. Sonda şagirdlər şairin kitabları ilə tanış oldular