SumgaitLibrary

+994 186520087


İnformasiya günü

10.11.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “1Yazıçı-1 Müəllif” layihəsi çərçivəsində “Xatırlayarsan məni” adlı informasiya günü keçirilmişdir. Böyük mütəxəssis Səadət Allahverdiyeva tədbiri açaraq şair, dramaturq M.M.Seyidzadə haqqında oxuculara geniş məlumat verdi.Sonra söz oxuculara verildi.Onlar şairin şeirlərindən nümunələr söylədilər. Şairə həsr olunmuş videoçarx da maraqla izlənildi. Tədbirdə “Uşaqların sevimlisi” başlıqlı biblioqrafiq göstəricinin də təqdimatı oldu.Sonda “Bizim yubilyarlar” başlıqlı sərginin xülasəsi verildi. Sərgidə M.M.Seyidzadənin həyatı, yaradıcılığı öz əksini tapmışdır. Tədbir oxucuların marağına səbəb oldu.