SumgaitLibrary

+994 186520087


Şeir müsabiqəsi

08.11.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş “Azadlıq rəmzidir dövlət bayrağı” adlı şeir müsabiqəsi keçirildi. Bayraq gününün təsis edilməsi və ümumxalq bayramı günü kimi qeyd olunması dövlətçilik, milli həmrəylik və hərbi vətənpərvərlik, yaddaşlarda özünə yuva quracaq vətən sevgisi kimi hissilərin şüurlara yeridilməsi baxımından əvəz olunmaz və təsiri tərbiyə vasitəsi haqqında məlumat verən kitabxananın multimedia mütəxəssisi Ramilə Fərəcullayeva qeyd etdi ki, Bayraq, gerb və himn hər bir dövlətin, millətin rəsmi atributudur. Daha sonra qiraət müsabiqəsi 8, 38 nömrəli tam orta məktəbin şagirdlərindən olan ən fəal oxucular üçün açıq elan edildi. Müsabiqədə 21 oxucunun təqdim olunan çıxışı münsiflər heyətinin üzvləri – “İzzət MMC”-nin təsisçisi və direktoru, hüquq məsləhətçisi Ədalət Qafarov, “İstək” liseyinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsal Əsədov, 8 nömrəli məktəbin kitabxana müdiri Elmira İbrahimova, 38 nömrəli məktəbin kitabxana müdiri Şəfiqə Əliyeva, 38 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Sədaqət İbrahimova tərəfindən qiymətləndirildi. Sonda münsiflər heyətinin qərarına əsasən, 8 nömrəli məktəbin şagirdi Hüseynzadə İlahə I yerə, 38 nömrəli orta məktəbin şagirdi Qurbani Məhbubə II yerə, 38 nömrəli orta məktəbin şagirdi Bağırova Əminə isə III yerə layiq görüldülər. Fərqlənən iştirakçılara fəxri fərman və hədiyyələr təqdim edildi.