SumgaitLibrary

+994 186520087


Təmsil saatı

08.11.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasının əməkdaşları 12 nömrəli tam orta məktəbin IV sinifinin şagirdləri arasında görkəmli şair-dramaturq M.M.Seyidzadənin 110 illik yubileyi münasibətilə təmsil saatı keçirmişdir.Tədbiri kitabxananın multimedia mütəxəssisi Ramilə Fərəcullayeva açaraq mənalı və məzmunlu bir yol keçmiş şairin həyat və yaradıcılığı haqqında uşaqlara geniş məlumat verdi. Təmsilin mahiyyətini uşaqlara izah etdikdən sonra o, Mir Mehdi Seyidzadənin uşaq şeirləri ilə yanaşı maraqlı, mənalı, yaddaşlara həkk olan təmsilləri haqqında məlumat verdi. Daha sonra R.Fərəcullayeva uşaqlarla birlikdə şairin “Tikan və qızılgül”, “Qaranquş və bayquş”, “Darğa-qarğa”, “Lovğa çiraq”, “Yarasa və Pərvanə”, “Aslan və Ceyran”, “Ədabaz Meymun”, “Canavar və tülkü” təmsillərinin ucadan oxusunu keçirdi. Oxunmuş təmsillər əsasında suallar uşaqlar tərəfindən cavablandırıldı.