SumgaitLibrary

+994 186520087


Səhərcik

08.11.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi Mirmehdi Seyidzadənin 110 illiyi ilə əlaqədar 43 nömrəli uşaq bağçası ilə birlikdə “Uşaqlara nəsihət” adlı səhərcik keçirmişdir. Uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova uşaqlara görkəmli şair və dramaturq, əməkdar incəsənət xadimi Mirmehdi Seyidzadənin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra “Ağacların söhbəti”, “Bənövşə” şeirlərini, “Üç alma” mənzum nağılını oxudu.”Ovçu və quzu” təmsilini onlara danışdı.Uşaqlar şairin müxtəlif kiçik həcmli şeirlərini söylədilər, onun sözlərinə bəstələnmiş “Bahar nəğməsi” mahnısını xorla oxudular. Tədbirdə şairin əsərlərindən ibarət “Uşaqların sevimlisi” adlı sərgi nümayiş olundu.