SumgaitLibrary

+994 186520087




08.11.2017-ci il tarixində Səməd Vurğun adına Mərkəzi kitabxanada gənc şairə Sevinc Qəribin “Hardasa o uzaqlarda..." kitabının təqdimatı keçirildi. Tədbirdə şairənin qələm dostları, ailə üzvləri, SDU-nun tələbələri, kitabxanın oxucuları iştirak etdi.Tədbiri giriş sözü ilə şair Namig Dəlidağlı açaraq müəllifin yaradıcılığı haqqında qısa məlumat verdi. Şairənin qələm dostlarından Xatirə Fərəcli, Məmmədyar Məmmədyarlı, Elbrus Qayalı, AYB-nin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, hüquqşünas Ədalət Qafarlı, filologiya üzrə fəlsəfə doktoru Nailə Mirzəyeva, Azərbaycanın əməkdar artisti Nazir Rüstəmov və başqaları çıxış edərək kitab haqqında öz fikirlərini, ürək sözlərni söyləməklə yanaşı müəllifə yaradıcılıq uğurları arzuladılar. Tədbirdə Sabir Sarvan adına Poeziya Teatrının üzvlərinin, SDU-nun tələbərinin ifasında müəllifin şeirləri səsləndirildi. Sonra müəllif öz ürək sözlərni söyləməklə yanaşı bir neçə şeirini ifa etdi.Sonda MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək bütün iştirakçılara öz təşəkkütünü bildirdi.