SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii kompozisiya

08.11.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində bayraq günü münasibətilə “Himnim, Gerbim, Bayrağım” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağının gətirilməsi ilə başladı. İncəsənət şöbəsinin müdiri Qələndərova Aidə Azərbaycan Respublikasının Dövlət Bayrağının təsis olunma tarixindən söhbət açdı. Sonra söz 23 nömrəli məktəbin 4A sinfinə verildi. Uşaqların ifasında bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndi.