SumgaitLibrary

+994 186520087


Şeir müsabiqəsi

08.11.2017-ci il tarixində Corat qəsəbə kitabxanasında 9 noyabr Bayraq gününə həsr edilmiş “Bayraq mənliyimdir, Bayraq kimliyim” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqəni giriş sözü ilə açan kitabxanaçı ilk öncə 9 noyabr Bayraq günü haqqında məlumat verdi. Sonra tədbir iştirakçısı müəllimə Tağıyeva Nazilə çıxış edərək müsabiqənin şərtləri haqqında uşaqlara məlumat verdi.Müsabiqədə 12 nəfər iştirak edirdi. Hər ifaçı öyrəndikləri şeirləri söylədilər. Xəlilov Akifin söylədiyi Ə.Köçkünün “Dövlət bayrağı”, şeiri I yerə layiq göründü. Kərimova Cəmilə və Əlizadə Nihadın söylədikləri Rafik Yusifoğlunun “Gözün aydın Azərbaycan” şeiri II yerə layiq görüldü. Kərimova Xuramanın söylədiyi “Bayraq” şeiri III yerə layiq görüldü. Sonda qaliblər mükafatlandırıldılar.