SumgaitLibrary

+994 186520087


Şeir müsabiqəsi

07.11.2017-ci il tarixində Gənclər kitabxanasında 38 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar “Qeyrət və qürur rəmzi” adlı şeir müsabiqəsi keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə münsiflər heyətini Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Vasif Məmmədov, 38 saylı tam orta məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Zemfira Qələndərova və həmin məktəbin təsviri incəsənət müəlliməsi Kəmalə Rzayeva təmsil edirdi. Tədbiri kitabxananın müdiri Sona Eminova açaraq qonaqları təqdim etmiş, çıxışında bayraq sözünün etimologiyası, Ulu Öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi yol haqqında qısa məlumat vermişdir. Daha sonra söz şagirdlərə verilmiş, şeirlər dinlənlmişdir. Münsiflər heyətinin qərarına əsasən,38 saylı tam orta məktəbin şagirdləri Soltanlı Sevgi I yerə, Atamalıyeva Mələkxanım II yerə, Cəfərzadə Zəhra və İbrahimov Zəka III yerə layiq görülmüşlər.Tədbirin sonunda uşaqların ifasında Əhməd Cavadın sözlərinə yazılmış “Çırpınırdı Qara dəniz” mahnısı səslənmişdir. Tədbirdə yer tutan uşaqlar “Fəxri Fərman” və hədiyyə ilə təltif edilmişdir.