SumgaitLibrary

+994 186520087


Səyyar sərgi

06.11.2017-ci il tarixində Səməd Vurğun adına Mərkəzi kitabxananın təşəbbüsü ilə Sumqayıt regional "ASAN xidmət" mərkəzində 9 Noyabr Bayraq Gününə həsr olunmuş səyyar sərgi təşkil edilmişdir. Sərgidə 200-ə yaxın kitab və jurnal nümayiş etdirildi. Nümayiş etdirilən kitablar bütün elm sahələrini əhatə edirdi. Sərgi ilə Asan Xidmətin işçiləri, könüllülər, Mərkəzə gələn əhali yaxından tanış oldular. Sərginin təşkil edilməsində əsas məqsəd kitabxananı, kitabı təbliğ etmək idi. Kitabxananın əməkdaşları oxuculara kitabxanadan istifadə qaydaları haqqında məlumat verdilər. Təşkil olunan sərgi böyük marağa səbəb oldu.