SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

05.11.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi M.Ə.Rəsulzadə adına kitabxana filialı ilə birlikdə Dövlət bayrağı günü ilə əlaqədar “Dalğalansın göylərdə üçrəngli bayrağım” adlı poeziya dəqiqələri keçirmişdir.Tədbir Dövlət Himninin səsləndirilərək oxucuların birgə ifası ilə başlandı. M.Ə.Rəsulzadə adına kitabxana filialın müdiri Ofelya Qafarova iştirakçılara Dövlət bayrağı günündən bəhs edərək bildirdi ki, 1990-cı il noyabrın 29-da “ Azərbaycan SSR adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 1991-ci il fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiq olunub. S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin və M.Ə.Rəsulzadə adına kitabxana filialın oxucuları bayrağa, Vətənə həsr edilmiş müxtəlif şeirlər söylədilər.