SumgaitLibrary

+994 186520087


Diskussiya

04.11.2017-ci il tarixində Corat qəsəbə kitabxanasında Uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş “Sən hüquqlarını bilirsənmi” adlı diskussiya keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxanaçı qeyd etdi ki, hər bir uşaq öz hüquqlarını bilməlidir. İlk öncə uşaqlar təhsil almaq hüququna malikdir. Məktəbi bitirdikdən sonra ali təhsil almaq hüququ da var. Ailədə uşaqlara qarşı valideynin də uşaqları qorumaq, onlarla səmimi olmaq valideynlərin üzərinə düşən əsas vəzifələrdən biridir. Tədbirdə iştirak edən müəllimə Tağıyeva Nazilə uşaq zorakılığı, uşaq əməyindən istifadə etmək, uşaqlara qarşı valideyn zorakılığı haqqında məlumat verdi. Sonra o, dövlətimiz tərəfindən uşaqlara göstərilən dövlət qayğısından danışdı. Tədbirdə çıxış edən uşaqlardan Misirov Şirzad, Əhmədov Məhəmməd, Hüseynli Qulu və s. öz hüquqları haqqında nələr bildiklərini söylədilər.