SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

03.11.17-ci il tarixində N.Gəncəvi adına Kitabxana Klubda Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi aylığı çərçivəsində “Hüquqlarımız-Biz bu haqda nə bilirik?” adlı dəyirmi masa keçirilmişdir. Böyük mütəxəssis Bəturə Lazımova tədbiri açaraq mövzu ilə əlaqədar kitabxanada tərtib olunmuş mövzu planına uyğun keçirilən silsilə tədbirlər haqqında iştirakçılara geniş məlumat verdi. Kitabxananın oxucuları Ülkər, Fatimə, Murad, Elnur, Elgün uşaq hüquqları dedikdə nə başa düşülür mövzusunda mühazirə etdilər. Sonra söz 34 saylı məktəbin tarix,hüquq müəllimi,İnsan Hüquqları müdafiə komitəsinin nümayəndəsi Müslüm Əsədova verildi.O mövzu ilə bağlı oxuculara geniş məlumat verdi və oxucuların suallarını ətraflı cavablandırdı. Sonda tədbir iştirakçıları “İnsan hüquq və azadlıqları” başlıqlı sərgi ilə tanış oldular. Kitabxanaçı sərgidə olan materiallar haqqında oxuculara geniş məlumat verdi.