SumgaitLibrary

+994 186520087


Diskussiya

02.11.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxanananın İncəsənət şöbəsi “Uşaq hüquqları aylığı” ilə əlaqədar olaraq 26 saylı tam orta məktəbdə “Hüquqlarınızı öyrənin” adlı tədbir keçirdi. Tədbiri İncəsənət şöbəsinin multimedia mütəxəssisi Məhəmmədova Sevda açaraq “Uşaq Hüquqları Konvensiyası” və onun maddələri haqqında məlumat verdi. Sonra uşaq huquqlarının pozulmasından bəhs edən videoçarx nümayiş olundu. Diskusiya şəklində keçirilən tədbirdə şagirdlər öz fikirlərini bildirdilər.Onları maraqlandıran suallar İncəsənət şöbəsinin əməkdaşları tərəfindən cavablandırıldı. Sonda məktəbin tərbiyə üzrə direktor müavini Şükürova Arzu uşaqlara hüquqlarını bilməklərinin vacibliyini vurğuladı, eyni zamanda öz vəzifələrini də unutmamağı tövsiyə etdi