SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

02.11.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 12 saylı məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə hər il ənənəvi olaraq ölkəmizdə 20 noyabr – Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində qeyd edilən “Uşaq hüquqları aylığı” çərçivəsində “Sənin və həmyaşıdlarının qorunan hüquqları” adlı dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova açdı. Gələcəyimiz olan uşaqların hüquqlarının təbliği, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə “İzzət MMC”-nin təsisçisi və direktoru, hüquq məsləhətçisi Ədalət Qafarov çıxış edərək dövlətimiz tərəfindən uşaqların təhsili və sağlam böyümələri istiqamətində görülən işlər, uşaqların qorunan və pozulan hüquqları haqqında məlumat verdi, mövzu ilə bağlı uşaqların suallarını cavablandırdı.Sonda çıxış edən 12 saylı məktəbin kitabxana müdiri Fəridə Həsənova uşaqların ictimai həyatdakı rolu, onların təhsil, istirahət, əmək və s. hüquqlarının qorunması, uşaqlara zorakılıq hallarına qarşı mübarizə haqqında qısa məlumat verdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid