SumgaitLibrary

+994 186520087


Səyyar sərgi

01.11.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanası əməkdaşları 12 saylı tam orta məktəbdə fonda daxil olan yeni ədəbiyyatların səyyar sərgisini təşkil etdilər. Sərginin təşkilinin məqsədi haqqında danışan kitabxananın multimedia mütəxəssisi Nəzakət Əliyeva kitabın, mütaliənin insanın həyatında əvəzsiz rolu haqqında da məlumat verdi. Sərgi ilə tanış olan 4A2 sinfinin şagirdləri yeni uşaq ədəbiyyatı nümunələrinin qısa xülasəsini dinlədikdən sonra kitablarla yaxından tanış oldular. Dördüncülərin sinif rəhbəri Mirzəyeva Ofelya, məktəbin kitabxana müdiri Fəridə Həsənova yetişməkdə olan gənc nəslin fasiləsiz mütaliəyə cəlb olunmasında göstərdikləri səylərə görə kitabxana əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.