SumgaitLibrary

+994 186520087


Kitab təqdimatı

31.10.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasının multimedia mütəxəssisi Səbinə Qasımova 12 saylı tam orta məktəbin 4A sinif şagirdləri üçün fonda daxil olan çoxcildlik “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın I və II cildinin təqdimatını keçirdi. Həm aşağı, həm də yuxarı yaşlı məktəblilər üçün nəzərdə tutulan bu toplu haqqında sözünə başlayan Səbinə Qasımova qeyd etdi ki, “Azərbaycan uşaq ədəbiyyatı antologiyası” balalarımızdan ötrü ən yaxşı sinifdənxaric oxu materialı kimi öz dəyəri və əhatə dairəsinə görə ilk böyük həcmli nəşrdir.Azərbaycan respublikası Mədəniyyət və Turizm Nazirliyinin maddi və mənəvi dəstəyi sayəsində ərsəyə gələn birinci cild bütünlüklə Azərbaycan uşaq folkloru nümunələrindən ibarətdir. Burada həm Güney, həm Quzey, həm də qərbi Azərbaycan ağız ədəbiyyatından seçmələrlə yanaşı, Dərbənd və gürcüstan azərbaycanlılarının uşaq folkloruna yer verilmişdir. Birinci cildin struktur bölmələri haqqında məlumatdan sonra Səbinə Qasımova uşaqları ağız ədəbiyyatı nümunələrindən bir neçəsi ilə tanış etdi. Səbinə Qasımova klassik və müasir uşaq poeziyası nümunələrindən ibarət ikinci cildin təqdimatından sonra da onlar üçün M.Ə.Sabirin, A.Səhhətin, A.Şaiqin, M.Müşfiqin, M.Seyidzadənin, Mir Sabirin, R.Yusifoğlunun şeirlərindən nümunələr oxudu




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid