SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

30.10.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində Xocavənd və Zəngilan rayonlarının işğalı ilə əlaqədar “Bu həsrətin sonuna az qalıb” adlı şifahi məlumatlandırma keçirilmişdir. Tədbirdə uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova oxuculara olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik olan Xocavənd və Zəngilan rayonlarının tarixi keçmişindən bəhs etdi. Sonra Xocavənd rayonunun 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri tərəfindən işğalından söhbət açaraq bildirdi ki, azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış ev yandırılaraq əmlakları talan edilib.47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 21 təhsil müəssisəsi, 32 səhiyyə, 59 mədəniyyət, 10 tarixi abidə dağıdılaraq məhv edilmişdir. Xocavəndlilər 13 qadın, 13 uşaq olmaqla 145 nəfər şəhid vermişdir. Zəngilan rayonunda 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yolu stansiyası, 2 şərab zavodu, Konserv zavodu, dəmir yol deposu, nadir Çinar meşələri qırılaraq məhv edilmişdir. Zəngilan 200 nəfərdən çox şəhid vermişdir. 44 nəfərin aqibəti bəlli deyil. Hazırda Xocavənd və Zəngilan rayonlarının məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır. Onlar yaxın vaxtda öz doğma torpaqlarına qayıdacaqlarına böyük ümid bəsləyirlər.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid