SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

30.10.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə günü ilə əlaqədar “Vətənə sadiq Prezident“ adlı oxucu konfransı keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxanaçı Qurbanova Şeyda açaraq bildirmişdir ki, 14 ildir ölkəyə rəhbərlik edən İlham Əliyev dövlətçilik və xalqın rifahı üçün əhəmiyyətli olan bütün sahələrdə diqqətə layiq uğurlara nail olub. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunub. Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib. Konfransda kitabxananın fəal oxucuları dövlət başçısı İlham Əliyevin iqtisadiyyatın, səhiyyənin, təhsilin, mədəniyyət və turizmin inkişafına göstərdiyi diqqət və qayğısından məruzə ilə çıxış etmişlər