SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

28.10.2017-ci il tarixində Gənclər kitabxanasında SDU-nun tələbələrinin iştirakı ilə “Qarabağ savaşının qanlı səhifələri” adlı dəyirmi masa keçirilmişdir. Əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbiri böyük mütəxəssis Bağırova Rəhilə açaraq Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə tarixi faktlara əsaslanaraq ətraflı məlumat vermiş, qeyd etmişdir ki, Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərimizdə məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Sonra tələbələrin çıxışlarında ayrı-ayrı rayonlara dəyən maddi və mənəvi ziyana aydınlıq gətirilmiş, bildirmişlər ki, iyirmi beş illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan qaçqın və məcburi köçkünlərimiz inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan rayonlarımızın yaxın zamanda düşmən tapdağından azad ediləcəyini vurğuladılar




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid