SumgaitLibrary

+994 186520087


Bir kitaba səyahət

26.10.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi kitabxanada “ 1 Kitabxana-1 Yazıçı” layihəsi əsasında böyük demokrat ədib Cəlil Məmmədquluzadənin yaradıcılığına səyahət edildi. Tədbirdə 3 nömrəli tam orta məktəbin şagirdləri və kitabxananın oxucuları iştirak edirdi. Tədbiri Cəlil Məmmədquluzadənin sözləri ilə məktəblilər acdı. Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva “ 1 Kitabxana-1 Yazıçı” layihəsindən bəhs etməklə vurğuladı ki, il boyu kitabxanada Cəlil Məmmədqulıuzadənin həyat və yaradıcılığının təbliği həyata keçirilmişdir. Sonra məktəbin dil-ədəbiyyat müəlliməsi Həqiqət Musayeva ədibin həyat və yaradıcılığı haqqında qısa məlumat verməklə vurğuladı ki, Cəlil Məmmədquluzadənin əsərlərində toxunduğu mövzular bu gün üçün də olduqca aktualdır.Tədbirdə ədibin “Poçt qutusu” hekayəsi əsasında qısametrajlı film nümayiş etdirildi, eləcə də Şəhər Mədəniyyət evinin təşkilatçılığı ilə “Saqqallı uşaq” hekayəsindən məktəblilərin hazırladıqları səhnəcik göstərildi. Sonra ədibin “Poçt qutusu”, “Buz”, “Saqqallı uşaq”, “Qurbanəli bəy” hekayələri ətrafında müzakirələr getdi, uşaqların fikirləri öyrənildi. Daha sonra Xidmət şöbəsinin baş kitabxanaçısı İlahə Baxşəliyeva “Böyük satirik, demokrat ədib” adlı sərgidən biblioqrafik xülasə verdi. Sonda MKS-in direktoru Yeganə Əhmədova bütün iştirakçılara öz təşəkkürünü bildirməklə vurğuladı ki, Cəlil Məmmədquluzadə xalqımız üçün öyrənilməsi həmişə vacib olan zəngin bir irs qoyub getmişdir.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid