SumgaitLibrary

+994 186520087


İnşa müsabiqəsi

24.10.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında Təbiət elmləri təmayüllü gimnaziyanın, 11, 12, 17 saylı ümumtəhsil məktəblərinin şagirdləri arasında yetişməkdə olan gənc nəslin bədii-intellektual səviyyəyə yüksəlməsində böyük rol oynayan, elm, bilik, idrak mənbəyi olan kitaba həsr edilmiş “Kitab mənim sevimli dostumdur, yoldaşımdır, o mənə sirlər açan ən yaxın sirdaşımdır” adlı inşa müsabiqəsi keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Ramilə Fəracullayeva tədbir iştirakçılarını salamlayaraq keçirilən müsabiqənin, kitabın, kitabxananın əhəmiyyəti və faydaları haqqında məlumat verdi. Tədbir müsabiqəyə qatılan 17 nəfər iştirakçının inşasının oxunuşu ilə davam etdi. Münsiflər heyətinin üzvləri olan Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Sevinc Əsədzadə, 8 saylı tam orta məktəbin kitabxana müdiri Elmira İbrahimova, 12 saylı məktəbin kitabxanaçısı Arzu Əliyeva və Mərkəzi uşaq kitabxanasının müdiri Nailə Tağıyeva oxunan inşaların müzakirəsindən sonra yekdil qərarla 12 saylı məktəbin şagirdi Əsgərzadə Zeynəbi I yerə, Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Məmmədova Ləmanı II yerə, 17 saylı məktəbin şagirdi Fərəcullayeva Rənanı III yerə layiq gördülər. Qalib şagirdlər Fəxri Fərman və hədiyyələrlə təltif edildi.