SumgaitLibrary

+994 186520087


Şeir müsabiqəsi

23.10.2017-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda Xəlil Rza Ulutürkün 85 illiyinə həsr edilmiş “ Alovlu vətənpərvər “ adlı şeir müsabiqəsi keçirilmişdir. Tədbiri kitabxananın müdiri Pirimova H. açaraq iştirakçıları salamladı və türk dünyasının böyük şairi Xəlil Rza Ulutürkün yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsini açıq elan etdi. Sonra 35 №-li məktəbin ədəbiyyat müəlliməsi İsmayılova Gülüstan görkəmli şair Xəlil Rza Ulutürkün həyatı və yaradıcılığı haqqında qısa məlumat verdi. Müsabiqədə 35 və 39 №-li məktəbin şqgirdləri iştirak edirdilər. 35 №-li məktəbin şagirdlərindən Ağayeva Aysu “ Ömrüm”, Əkbərova Aysu “ Azərbaycan səninləyəm”, Əkbərova Fatimə “ Azərbaycan həsrəti”, Orucova Ayşən “ Oğlum Təbrizə”, Əliyev İbrahim “ Yenə dönəcəyəm Azərbay- cana”, Əliyeva Zəhra “ Vətən”,Nəbiyeva İlahə “Azərbaycan”, Cəbrayılova Mələk “Ana dilim”, 39 №-li məktəbin şagirdlərindən Əsgərova Sevil « Mən Azərbaycanam”, Quluzadə Həcər “ Azərbaycan”, Gülməmmədova Əsurə “ Qalx ayağa Azərbaycan”, Nəsirova Nərmin “ Gerbimiz qəlbimiz”, Babazadə Nuray “ Mənim şeirim”şeirlərini əzbər söylədilər. Müsabiqənin qalibləri müəyyənləşdirildi. . Münsiflər heyyətininn üzvləri Sumqayıt yazrları- Asif Asiman, Elbrus Qayalı və Rəhilə Veysəllinin yekdil qərarlarına əsasən 1-ci yer-Agayeva Aysu və Əliyev İbrahim, 2- ci yer Orucova Ayşən , Babazadə Nuray, Cəbrayılova Mələk, 3-cü yer Əkbərova Fatimə, Əsgərova Sevil, Əliyeva Zəhra seçildilər. Quluzadə Həcər və Nəbiyeva İlahə fərqləndiklərinə görə həvəsləndiriçi yerlərə layiq görüldülər. Bütün müsabiqə iştirakçılarına müsabiqədə fəal iştirak etdiklərinə görə kitab hədiyyə edildi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid