SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

10.10.2017-ci il tarixində Gənclər kitabxanasında 12 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə "1 yazıçı, 1 kitabxana" layihəsi əsasında Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri, istedadlı şair M. Müşfiqə həsr edilmiş "Tərlansan göydən enməzsən ” adlı ədəbi-bədii gecə keçirilmişdir. Gecəni kitabxananın müdiri Sona Eminova açaraq M. Müşfiqin həyatı və yaradıcılığı haqqında məlumat verdi. M. Müşfiqə həsr olunmuş sənədli filmin nümayişindən sonra 12 saylı tam orta məktəbin, dil-ədəbiyyat müəllimləri İradə Quliyeva və Səbinə Əfəndiyeva, SDU-nun dil-ədəbiyyat müəllimi Günel Zeynallı şair haqqında maraqlı çıxışlar etdilər. Sonra şagirdlərin ifasında Müşfiqin şeirlərindən nümunələr söyləndi, şairin şeirlərinə bəstələnmiş ”Oxu, tar”, “Yaşa könül”, “Yadıma düşdü” mahnıları səsləndi.