SumgaitLibrary

+994 186520087


Ucadan oxu

10.10.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi Yanğınsöndürənlərin peşə bayramı ilə əlaqədar 43 saylı uşaq bağçasında Bala dili, 2016, №4 jurnalı üzrə “Təhlükəsiz alov“ adlı ucadan oxu keçirmişdir. Tədbir 43 uşaq bağçasının orta yaş və məktəbəqədər hazırlıq qruplarında keçirildi. Uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova yanğınsöndürənlərin peşə bayramından bəhs edərək “Bala dili”, 2016, №4 jurnalından “Təhlükəsizlik qaydaları” nı uşaqlar üçün ucadan oxudu.Uşaqlara kibrit, alışqan, şam və digər yanan əşyalarla oynamamağı, elektrik cihazlarına, qaz sobasına icazəsiz yaxınlaşmamağı tövsiyə etdi. Sonda uşaqlar kitabxana fonduna daxil olan nağıllar və uşaq jurnalları ilə tanış oldular.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid