SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

04.10.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar 15 saylı məktəbdə “Bir həzin nəğmədir müəllim ömrü” adlı poeziya dəqiqələri keçirmişdir. Tədbir 15 saylı məktəbin 5-ci sinfində keçirildi.Uşaq şöbəsinin kitabxanaçısı L.Muradova uşaqlara müəllim əməyindən bəhs edərək bildirdi ki, bu şərəfli peşədə çalışanlar cəmiyyətimizə, ideallarımıza layiq insan yetişdirmək vəzifəsini qarşısına məqsəd qoyan, öz sənətinin məsuliyyətini bütün ciddiyyəti ilə dərk edən vətəndaşlardır. Belə müəllimlərlə biz öyünür, fəxr edirik. Çünki həqiqi müəllim şagirdə bilik öyrətməklə yanaşı öz gözəl xarakteri ilə mənəvi keyfiyyətlər də aşılayır. Sonra şagirdlər müəllimə həsr edilmiş müxtəlif şeirlər söylədilər. Tədbirin sonunda şagirdlər “Biblioqrafiya guşəsi “ adı altında təşkil olunmuş sərgi ilə tanış oldular.