SumgaitLibrary

+994 186520087


Kitab təqdimatı

30.09.2017-ci il tarixində S.Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında Sumqayıt yazarlarının poeziya günü ilə əlaqədar istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü “Dünyanı özümlə aparmıram ki...”, “Yaşamağa bəhanə çox”, “Mənə bir məktub göndər” şeir kitablarının müəllifi Sabir Yusifoğlunun növbəti- "Dünya ilə heç-heçəyəm" adlı şeirlər kitabının təqdimatı oldu. Tədbirin aparıcısı, şair Rafiq Oday S. Yusifoğlunun keçdiyi həyat yolundan və yaradıcılığından geniş bəhs etdi. Sonra sözü AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinə verdi. O şairi hələ gənclik illərindən tanıdığını, onun yaradıcılığına və şəxsiyyətinə həmişə hörmətlə yanaşdığını dilə gətirdi. Yazıçı-dramaturq Əyyub Qiyas, şairlərdən Əli Nəcəfxanlı, Zirəddin Qafarlı, Asif Asiman, Namiq Dəlidağlı, Nazir Rüstəmli, Fəxrəddin Usta, Qənirə Mehdixanlı, Nisə Qədirova, Qaratel Azəri, yazıçı Mənsurə Eldarqızı, xalçaçı rəssam Fazil Abbasquluzadə, mərkəzi kitabxananın müdiri Yeganə Əhmədova şairin yeni kitabı barədə ürək sözlərini söylədilər, ona yaradıcılıq uğurları arzuladılar. Sabir Sarvan adına uşaq poeziya klubunun üzvü olan balaca fidanlar şairin şeirlərindən nünunələr söylədi, tədbirə yeni rəng qatdılar. Müəllif tədbir boyunca öz şeirlərindən söylədi, yeni kitabından imzalayaraq oxuculara hədiyyə etdi. S.Yusifoğlu sonda tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirdi.