SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Poeziya dəqiqələri
29.09.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi 45 saylı uşaq bağçasında İslam həmrəyliyi ili ilə əlaqədar “Hər çəməndən bir çiçək” adlı poeziya dəqiqələri keçirmişdir. Tədbir uşaq bağçasının məktəbəqədər hazırlıq və orta yaş qruplarında keçirildi. Uşaq şöbəsinin kitabxanaçısı L. Muradova əvvəlcə uşaqlara İslam ölkələrinin həmrəyliyinin əhəmiyyətindən bəhs etdi, uşaqlar sülhə, həmrəyliyə, dostluğa, Vətənə həsr edilmiş müxtəlif şeirlər söylədilər.Sonda məktəbəqədər hazırlıq qrupunun tərbiyəçisi L.İbrahimova uşaqların dünyagörüşünün inkişafında belə tədbirlərin böyük rolu olmasını vurğulayaraq uşaq şöbəsinin əməkdaşlarına öz minnətdarlığını bildirdi.