SumgaitLibrary

+994 186520087


Təqdimat

29.09.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycanın böyük xalq şairi, vətənsevər mütəfəkkiri və ictimai xadimi Mirzə Ələkbər Sabirə həsr olunmuş “Millət coşğulu, söz ordulu” adlı biblioqrafik göstəricinin təqdimatı keçirilib. Kitabxananın kitabxanaçısı Sadıxova Ayna 28 saylı məktəbin şagirdlərini salamlayaraq tədbir haqqında qısa məlumat verdi. Kitabxananın kitabxanaçısı Ayna Sadıxova tərtibatçısı olduğu biblioqrafik vəsaitin məqsədi, məramı, istifadəçilər üçün məlumat mənbəyi olaraq əhəmiyyətini xüsusi qeyd edərək onun bölmə və yarımbölmələri haqqında geniş məlumat verdi. Tədbir iştirakçıları həmçinin, böyük kitabxanaçı Allahverdiyeva Səadətin zalda nümayiş etdirilən “Millət coşğulu,söz ordulu” başlıqlı sərgidəki ədəbiyyatlar haqqında xülasəsini diqqətlə dinlədilər. Tədbir iştirakçıların böyük marağına səbəb oldu.