SumgaitLibrary

+994 186520087


Açıq qapı günü

27.09.2017-cı il tarixdə S. Vurğun adına Mərkəzi kitabxananın Abonement şöbəsində 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar açıq qapı günü keçirildi. Gün ərzində xidmət şöbəsinin əməkdaşları oxuculara “Doğma Azərbaycanım“ adlı sərgi haqqında məlumat verdilər. Sərgidə kitabxananın fondunda olan Azərbaycan tarixinə, mədəniyyətinə və turizmə aid kitablar nümayiş etdirildi.