SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Açıq qapı günü
27.09.17-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 27 Sentyabr Ümumdünya Turizm Günü ilə əlaqədar olaraq “Azərbaycan Turizm Ölkəsidir” başlıqlı Açıq qapı günü keçirilmişdir. Tədbir saat 11. 00 dan başladı. Mövzu ilə bağlı təşkil olunmuş sərgidə Azərbaycanın turizm potensialı olan bölgələri haqqında geniş materiallar öz əksini tapmışdır. Həmçinin qədim əşyalar, tariximizi əks etdirən materiallar da nümayiş olunmuşdur. Kitabxanada fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi də maraqla qarşılandı. Böyük mütəxəssis Səadət Allahverdiyeva sərgidə olan materiallar haqqında iştirakçılara geniş məlumat verərək bildirdi ki, Açıq qapı günü iş gününün sonunadək davam edəcək. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.