SumgaitLibrary

+994 186520087


Virtual səyahət

26.09.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 27 sentyabr Ümumdünya Turizm Günü ilə əlaqədar “Oxu, öyrən, gəz, tanı doğma Azərbaycanı” adlı virtual səyahət keçirilmişdir. İlk əvvəl uşaqları kitabxanada təşkil edilmiş informasiya turizm guşəsi ilə tanış edən kitabxananın multimedia mütəxəssisi Ramilə Fərəcullyeva sonra onlara Ümumdünya Turizm Günü nün təsis olunma tarixi, Azərbaycanda turizmin inkişafı, yay və qış turizm sektoru haqqında məlumat verdi. Sonra uşaqlar Azərbaycanın daxili turizm potensialı, ilk növbədə bölgələrin əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və tarixi-mədəni irsi, son illərdə yerlərdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, mehmanxanaların inşası, yol-nəqliyyat və digər infrastrukturun yaradılmasından bəhs edən videoçarxı izlədilər. Uşaqlardan Nəzrin Hüseynzadə, Aylin Nəbiyeva, Sona Məmmədli, Mədinə Cəbiyeva, Yusif Vahabzadə, Murad Əlizadə, Rəsul Həsənov Azərbaycana, Vətənə, təbiətə aid şeirlər söylədilər. Sonda üçüncülərin sinif rəhbəri İlhamə Axundzadə tədbirin təşkili üçün kitabxana əməkdaşlarına təşəkkür etdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid