SumgaitLibrary

+994 186520087


Görüş

25.10.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada Qarabağ qazilərinin fəal oxucularla görüşü keçirildi. "Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə icra etdiyi "Sumqayıtda aprel döyüşlərinin qəhrəmanlıq nümunələrini təbliğ etməklə yeniyetmə və gənclərə vətənpərvərlik hissinin aşılanması” layihəsi çərçivəsində tədbirləri davam etdirir. Layihə çərçivəsində növbəti görüş S.Vurğun adına Mərkəzi kitabxanada təşkil edildi. Görüşdə 50-dən çox kitabxananın fəal oxucuları olan yeniyetmə və gənc iştirak edirdi. Tədbiri "Ülvi – aztəminatlılara dəstək” ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Ağanənə Seyidqızı açaraq həyata keçirilən layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə məlumat verdikdən sonra erməni quldurlarının vətənimizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasətinə qarşı Azərbaycan əsgərlərinin mərdliklə vuruşduqlarını, vətən yolunda minlərlə gəncimizin canından keçdiyini, ötən ilin aprel ayında isə ordumuzun hərb tariximizə bir şanlı səhifə yazdığını qeyd etdi. Daha sonra o, vətən uğrunda canından keçənlərin xatirələrinin daim əziz tutulmasının, Qarabağ müharibəsi alovundan sağ çıxan döyüşçülərimizə daim xüsusi diqqət və ehtiram göstərilməsinin vacibliyini də vurğuladı və bu günkü görüşdə Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, ağır yaralanaraq sağlamlıqlarını itirmiş bir qrup qazinin gənclərə öz döyüş yolu və xatirələrini danışmaq, müasir gəncliyin qarşısında duran vəzifələr və gənclərə tövsiyyələrini çatdırmağa imkan yarandığını dedi və ilk çıxış üçün sözü "Azərbaycan Qarabag Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri, Milli Paralimpiya Komitəsi Oturaq Voleybol üzrə Milli Komandanın Baş məşqçisi, dövlət təltifləri olan II qrup Qarabağ əlili Tərlan Hacızadəyə verdi. T.Hacızadə çıxışında ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasətinin tarixi kökləri, ötən əsrin 80-ci illərindən başlayaraq ermənilərin etnik təmizləmə və işğalçılıq siyasəti, Azərbaycanı istəməyən digər qüvvələrin himayəsi ilə ərazilərimizin 20 faizini işğal etməsi barədə gənclərə ətraflı məlumat verdi. Daha sonra Qarabağ uğrunda döyüşlərdə əsgərlərimizin qəhrəmanlığından, şəxsən iştirak etdiyi döyüşlərdən xatirələrini bölüşdü və ötən ilin aprel döyüşlərinin Azərbaycan ordusunun yeni bir qəhrəmanlıq səhifəsi olduğunu və Azərbaycan ordusunun real gecünü ifadə etdiyini vurğuladı. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəxsi şücaətlərinə görə bir sıra dövlət təltiflərinə layiq görülmüş " Azərbaycan Qarabag Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin üzvləri: I qrup Qarabağ əlilləri Asif Abdullayev və İlqar Cəfərov, II qrup Qarabağ əlilləri Sahib Şamilov, Çingiz Məmmədov və İlqar Babayev gənclərə öz döyüş yollarından danışaraq müasir gəncliyin də qarşısında çox çətin və şərəfli bir vəzifənin dayandığını, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğuladılar. Qarabağ qazilərini böyük maraqla dinləyən gənclər onlara suallarla müraciət etdilər. Qonaqlar da, hər bir suala səmimiyyətlə cavab verdilər. S.Vurğun adına Mərkəzi kitabxananın müdiri Y.Əhmədova çıxış edərək belə tədbirlərin vacibliyini qeyd etdi və və kitabxanada mütəmadi olaraq vətənpərvərlik mövzusunda tədbirlər təşkil etdiklərini vurğuladı. Tədbirin sonunda aprel döyüşləri şəhidlərinin böyük ehtiramla dəfn edilməsini əks etdirən videokadrlar nümayiş etdirildi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid