SumgaitLibrary

+994 186520087


Nağıl saaatı

25.09.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasının əməkdaşları 12 saylı tam orta məktəbdə “Nizami poeziya günləri” çərçivəsində nağıl saatı keçirdilər. Kitabxananın multimedia mütəxəssisi Ramilə Fərəcullayeva ilk olaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı, dünya poeziyasında yeri və rolu, əsərlərinin bədii dəyəri haqqında məlumat verərək bildirdi ki, Azərbaycan zaman-zaman dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarlar bəxş etmişdir. Bunların sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Elə bu səbəbdəndir ki, yazıldıqları dövrdən 800 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, onun əsərləri öz bədii dəyərini bu gün də saxlayır. Nizami Gəncəvi dünya ədəbiyyatında böyük məhəbbət və hörmətlə yad olunan, tədqiq edilən şairlərdəndir. Sonra o, böyük şairin yaradıcılığının gələcək nəsillər üçün qoyub getdiyi zəngin irsindən bir nümunəni – “Sirlər xəzinəsi” poemasından “Meyvəsatanla tülkünün və cibkəsənin hekayəti”ni ucadan oxuyaraq uşaqlarla birlikdə müzakirəsini apardı. Sonda üçüncülərin sinif rəhbəri İlhamə Axundzadə tədbir üçün kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid