SumgaitLibrary

+994 186520087


Məlumat günü

18.09.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi Beynəlxalq Sülh Günü ilə əlaqədar 43 saylı uşaq bağçasında “Mən sülh istəyirəm” adlı məlumat günü keçirmişdir. Tədbir 43 saylı uşaq bağçasının məktəbəqədər qrupunda keçirildi. Uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova onlara Beynəlxalq Sülh Günü haqqında geniş məlumat verdi, bağçanın həyətində açıq havada təşkil edilmiş “Qoy həmişə günəş olsun” sərgisindəki kitab və jurnallarla uşaqları tanış etdi. Sonra uşaqlarla birlikdə göyərçinləri açıq səmaya buraxaraq xalqımıza əmin-amanlıq, sülh arzuladı. Tədbir uşaqların böyük marağına səbəb oldu. Məktəbəqədər qrupun tərbiyəçisi Afət Əliyeva uşaq şöbəsinin əməkdaşlarına öz minnətdarlığını bildirdi.